logo

Milli Məclisin yeni tərkibdə ilk iclası sabah keçiriləcək

18:29 09-03-2020 | icon 2086
Milli Məclisin yeni tərkibdə ilk iclası sabah keçiriləcək

VI çağırış Milli Məclisin yeni tərkibdə ilk iclasının keçiriləcəyi tarix məlum olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Kərimli məlumat verib.

Onun sözlərinə görə, bütün deputatlar martın 10-da Milli Məclisin keçiriləcək ilk iclasına dəvət olunublar.

Xatırladaq ki, daha əvvəl  koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiblər. Müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, yeni çağırış Milli Məclisin ilk iclasının keçirilmə qaydası parlamentin Daxili Nizamnaməsi ilə tənzimlənir. Nizamnamənin 2-ci maddəsində yazılır ki, qanunverici orqanın növbəti çağırışının birinci iclasını Milli Məclisin ən qocaman deputatı açır. Ən qocaman deputat Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və parlamentin sədri seçilənədək birinci iclası aparır.

Parlamentin ən qocaman deputatı isə Fəttah Heydərovdur. Onun 82 yaşı var.