logo

Sabah I sinfə qəbulun elektron qeydiyyatı başlayır

17:37 09-03-2020 | icon 3668
Sabah I sinfə qəbulun elektron qeydiyyatı başlayır

Martın 10-dan 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qeydiyyat aparılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Təhsi Nazirliyindən bildirilib. Qeyd edilib ki,  saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır.

Martın 13-ü, saat 11:00-dən etibarən isə valideynlər məktəb seçimini həyata keçirə biləcəklər.

Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi vasitəsilə həyata keçirilir.