logo

İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

14:39 09-03-2020 | icon 2100
İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi

Prezident İlham Əliyev martın 9-da Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir: 

"Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Qeyd edək ki, A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.