logo

İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyası da təxirə salındı

19:26 07-03-2020 | icon 2401
İƏT Xarici İşlər Nazirləri Şurasının 47-ci sessiyası da təxirə salındı

Nigeriya hökuməti İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının bu il aprelin 3-4-də paytaxt Niamey şəhərində keçirilməsi planlaşdırılan 47-ci sessiyasını qeyri-müəyyən vaxta təxirə salıb.

YeniAvropa xəbər verir ki, bu barədə İƏT Baş Katibliyinin yaydığı bəyanatında bildirilib.

Tədbirin təxirə salınmasına səbəb dünyada yayılan koronavirus (COVID-19) infeksiyasının yaratdığı epidemioloji vəziyyət göstərilib.