logo

Azərbaycan koronovirusa görə  İrana 5 milyon dollar yardım edəcək

13:50 07-03-2020 | icon 2093
Azərbaycan koronovirusa görə  İrana 5 milyon dollar yardım edəcək

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası Hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan bu vəsaitin ayrılmasına dair Sərəncam qəbul olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.

Xatırladaq ki, Azərbaycan COVID-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.