logo

Sabah Bakıda 15° isti olacaq

10:59 07-03-2020 | icon 2009
Sabah Bakıda 15° isti olacaq

Azərbaycanda martın 8-nə - Beynəlxalq Qadınlar Gününə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 10-15° isti, Bakıda gecə 7-9°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 771 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4-9°, gündüz 15-20° isti, dağlarda gecə 1-5°, gündüz 10-15° isti olacaq.