logo

Dünyada koronavirusa yoluxanların sayı 102.000 nəfəri ötüb

10:11 07-03-2020 | icon 2982
Dünyada koronavirusa yoluxanların sayı 102.000 nəfəri ötüb

Ümumdünya Səhiyyə Təşkilatı(ÜST) yeni növ koronavirusla bağlı (COVID-19) son vəziyyəti açıqlayıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, ÜST-nin hesablamalarına görə, 2019-cu ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 97 ölkəyə yayılıb.

Dünya üzrə koronavirusa 102241 nəfər yoluxub (296 yeni yoluxma). Onlardan 3497 nəfəri ölüb (31 yeni ölüm), 57 624 nəfər isə sağalıb (1500 yeni sağalanlar).

Xatırladaq ki, koronavirusdan ən çox əziyyət çəkən ölkələr Çin, İran, İtaliya və Cənubi Koreyadır.