logo

Azərbaycan bu dəfə Londondan  qırmızı taksilər aldı

21:17 06-03-2020 | icon 455
Azərbaycan bu dəfə Londondan  qırmızı taksilər aldı

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC Böyük Britaniyanın “London EV” (LEVC) şirkətindən 100 ədəd "TX", 0 emissiyalı elektrik taksisi alıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Britaniya şirkətinin açıqlamasında bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycan şirkəti LEVC-in uzunmüddətli tərəfdaşıdır və indiyə qədər ona paytaxt Bakının hər yerində istifadə olunan bənövşəyi “TX4” emissiyalı taksilər satılıb. “Bakı Taksi Xidməti”nin aldığı yeni taksilər isə qırmızı rənglidir, əsasən Bakıda keçirilən tədbirlər üçün şəhərə gələn qonaqların hava limanından hotellərə və əks istiqamətdə daşınması üçün istifadə ediləcək.