logo

Gürcüstanda zəlzələ olub

20:15 06-03-2020 | icon 2401
Gürcüstanda zəlzələ olub

Gürcüstanda martın 6-da zəlzələ qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də Laqodexi rayonu yaxınlığında Raçisubani kəndində olub.

Yeraltı təkanların gücü 3,6 bal gücündə olub. Dağıntı barədə məlumat verilmir.

Bu, son günlər Gürcüstan ərazisində üçüncü yeraltı təkandır.