logo

SOCAR martda Belarusa təqribən 250 min ton neft göndərəcək

19:20 06-03-2020 | icon 2527
SOCAR martda Belarusa təqribən 250 min ton neft göndərəcək

SOCAR mart ayında Belarusa təqribən 250 min ton neft göndərəcək.

 YeniAvropa xəbər verir ki, bu barədə “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tasınkı yerli BELTA agentliyinə müsahibəsində deyib. .

“SOCAR-dan tədarükün həcmi mart ayında artıb, üçüncü tanker də olacaq. Göndəriləcək neftin ümumi həcmi təqribən 250 min tondur. Bu, zavodlarımız üçün planlaşdırılan tankerlərin son həddi deyil”, - deyə Aleksandr Tişenko qeyd edib.

Onun sözlərinə görə, Mozır neft emalı zavodu üçün neftlə dolu birinci tanker Türkiyənin Ceyhan limanından bu gün çıxıb. Xammal Ukrayna ərazisindən Odessa-Brodı neft kəməri vasitəsilə çatdırılacaq. “Bu neft kəməri bizim nefti nəql etməyə hazırdır”, - deyə mətbuat katibi bildirib.

“Biz hazırda komfort zonasından çıxmışıq, alternativ tədarükçülərlə işləyirik, şaxələndirilmə davam edir. Kəmərlə çatdırılacaq neft indi treyder bazarına çıxarılıb. Təcrübə göstərir ki, bu gün treyderlərlə işləmək mümkündür. Bu, kifayət qədər çevik və operativ sistemdir”, - deyə Aleksandr Tişşenko şərh edib.

Tədarükün şimal istiqamətinə - Baltik limanlarına gəlincə, “Belneftxim”in nümayəndəsi şərh edib ki, mart ayında iki tanker son hədd deyil, bu logistika sistemi ilə xammal tədarükünü davam etdirmək planlaşdırılır. Növbəti tankerlər, ehtimal ki, apreldə gələcək.

Mart ayında Belarus neft emalı zavodlarına 1 milyon ton civarında əvvəlcədən bəyan edilmiş tədarük həcmindən danışan Aleksandr Tişşenko dəqiqləşdirib ki, ay ərzində yekun rəqəmlər çox da alına bilər. “Hər şey tədarükün sürətindən asılıdır. Məsələn, yanvar ayındakı hava şəraiti Norveç nefti ilə dolu tankeri ləngidib, o, limana daha tez yan almalı idi”, - deyə mətbuat katibi vurğulayıb.

Treyderlərdən alınan neftin hansı ölkələrdə hasil edilməsi sualını cavablandıran Aleksandr Tişenko deyib: “Neftin kimə məxsus olması mühüm deyil, əsas olan odur ki, neftin xarakteristikası bizim zavodlarımızın texniki göstəriciləri ilə üst-üstə düşsün”.