logo

Rusiyada ötən gün koronavirusa 6 yoluxma halı qeydə alınıb

18:49 06-03-2020 | icon 2317
Rusiyada ötən gün koronavirusa 6 yoluxma halı qeydə alınıb

Rusiyada ötən gün koronavirusa (COVİD-19) 6 yoluxma halı qeydə alınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Rusiyada Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq Qərargahı məlumat yayıb.

Bildirilib ki, Nijni Novqorodda bir nəfərdə, Moskvada isə 5 nəfərdə COVİD-19 aşkarlanıb. Virusa yoluxanların hamısı İtaliyadan gəliblər və hazırda karantində saxlanılırlar. Virus aşkar edilən şəxslərlə ünsiyyətdə olanların hamısı nəzarətə götürülüb.

Bu günə kimi Rusiyada koronavirusa 10 yoluxma halı təsdiqlənib.