logo

“ASAN xidmət” mərkəzləri martın 8-də işləməyəcəklər

17:10 06-03-2020 | icon 2044
“ASAN xidmət” mərkəzləri martın 8-də işləməyəcəklər

Martın 8-də Beynəlxalq Qadınlar Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Qeyd edilib ki, vətəndaşlar martın 9-dan etibarən mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Xatırladaq ki, “ASAN Kommunal” mərkəzlərində bazar günü qeyri-iş günüdür.

Qeyd edək ki, hazırda ölkəmizdə 18 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir və Tovuzdadır.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.