logo

Azərbaycan Hökuməti “Koronovirus fondu"na  5 milyon dollar yardım etdi

16:54 06-03-2020 | icon 7133
Azərbaycan Hökuməti “Koronovirus fondu"na  5 milyon dollar yardım etdi

 Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)  “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikası və ÜST arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur.

Azərbaycan Respublikası ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

Xatırladaq ki,  martın 8-də qurumun ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.