logo

Sabah Bakıda 14° isti olacaq

14:14 06-03-2020 | icon 1925
Sabah Bakıda 14° isti olacaq

Azərbaycanda martın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9°, gündüz 11-14°, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 15-20°, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, martın 7-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.