logo

Sərhəddə erməni təxribatının qarşısı alınıb

11:59 06-03-2020 | icon 1897
Sərhəddə erməni təxribatının qarşısı alınıb

Martın 6-da Ermənistan mətbuatında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversiya keçirməsi və nəticədə Ermənistan silahlı qüvvələrinin 1 nəfər hərbi qulluqçusunun yaralanması barədə məlumatlar yayılıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçirilməsi barədə məlumat həqiqətə uyğun deyil və reallığı əks etdirmir.

Martın 6-da səhər saatlarından başlamaqla Qazax rayonunun Cəfərli kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Sevkar və Sarıquyuq kəndləri yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.