logo

Koronovirusa görə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilməyəcək 

11:31 06-03-2020 | icon 2604
Koronovirusa görə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilməyəcək 

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu bu il keçirilməyəcək.

YeniAvropa xəbər verir ki,  təşkilat komitəsi Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun yayılması ilə bağlı beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan etməsi ilə əlaqədar 2020-ci ildə forumun keçirilməsini təxirə salmaq qərarına gəlib. Təşkilat Komitəsinin sədri Andrey Belousov jurnalistlərə bildirib ki, Rusiya vətəndaşlarının, forumun qonaqlarının və iştirakçılarının sağlamlığının mühafizəsi məqsədilə tədbiri bu il keçirməmək qərara alınıb.

Qeyd edək ki, Sankt-Peterburq İqtisadi Forumu irimiqyaslı beynəlxalq forumdur. Ənənəyə görə, tədbirdə hər il Rusiya Prezidenti Vladimir Putin iştirak edir. Builki forum iyunun 3-6-da keçirilməli idi.

Xatırladaq ki,Azərbaycandan artıq bir neçə ildir ki, forumun işində böyük nümayəndə heyəti ilə iştirak edir.