logo

"XəzərTV" SOCAR-ın balansına keçdi

19:11 05-03-2020 | icon 2051
"XəzərTV" SOCAR-ın balansına keçdi

Bu gün "XəzərTV" MMC-nin təsis paylarının “SOCAR Media” İctimai Birliyi tərəfindən alınması barədə sənəd imzalanıb. 

YeniAvropa xəbər verir ki, bu barədə  SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib. 

Bildirib ki, kanalın yeni rəhbəri, xalq artisti Murad Dadaşov“SOCAR Media”nın sədri Xalik Məmmədov tərəfindən kollektivə təqdim edilib. 

Qeyd edək ki, “SOCAR Media” İB SOCAR-ın təsisçiliyi ilə yaradılıb.