logo

Putin Ərdoğanla Suriyaya dair atəşkəs memorandumu imzaladı

23:10 05-03-2020 | icon 2401
Putin Ərdoğanla Suriyaya dair atəşkəs memorandumu imzaladı

Rusiya və Türkiyə prezidentləri Suriyada münaqişənin nizama salınmasına dair memorandum imzalayıblar.

YeniAvropa xəbər verir ki, martın 5-də Moskvada keçirilən danışıqların yekununa dair iki ölkə arasında imzalanmış memorandumu Rusiya və Türkiyə Xarici İşlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu oxuyublar. Sənəddə martın 6-na keçən gecə saat 1-dən etibarən İdlibdə atəşin dayandırılması, Suriyada M4 yolundan 6 kilometr Şimala və Cənuba doğru təhlükəsizlik dəhlizinin yaradılması, martın 15-dən etibarən M4 yolu boyunca Türkiyə və Rusiya hərbçilərinin birgə patrul həyata keçirməsi barədə bəndlər əksini tapıb.

Bundan əlavə, tərəflər Suriyanın ərazi suverenliyini dəstəklədiklərini və terrorizmlə mübarizə aparacaqlarını təsdiq ediblər.

Türkiyə Suriya hökumət qüvvələrinin hərəkətlərinə cavab vermək hüququnu özündə saxlayıb