logo

Narkoloji Mərkəzin yeni binası yaxın vaxtlarda istifadəyə veriləcək

13:34 02-03-2018 | icon 3703
Narkoloji Mərkəzin yeni binası yaxın vaxtlarda istifadəyə veriləcək

Respublika Narkoloji Mərkəzinin yeni binasının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

YeniAvropa Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki,  dörd korpusdan ibarət olan 300 çarpayılıq müəssisə Sabunçu rayonunun ərazisində inşa edilib.

Yeni Narkoloji Mərkəz müayinə və müalicə işini ən yüksək səviyyədə qurmaq üçün müasir avadanlıqla təchiz olunub.