logo

Prezident yeni təyin edilən icra başçıları- Nahid Bağırov və Mirhəsən Seyidovu qəbul edib

15:20 05-03-2020 | icon 2023
Prezident yeni təyin edilən icra başçıları- Nahid Bağırov və Mirhəsən Seyidovu qəbul edib

Prezident İlham Əliyev martın 5-də Nahid Bağırovu İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu Neftçala rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə  prezident İlham Əliyev yeni təyin edilən rayon icra başçılarına öz tapşırıq və tövsiyyələrini verib.