logo

İlham Əliyev Neftçala rayonuna yeni icra başçısı təyin etdi

14:06 05-03-2020 | icon 2121
İlham Əliyev Neftçala rayonuna yeni icra başçısı təyin etdi

Prezident İlham Əliyev martın 5-də Neftçala rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla Mirhəsən Mirheydər oğlu Seyidov Neftçala rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Xatırladaq ki, MirHəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub.2006-cı ildə orta məktəbi,  2010-cu ildə isə  Azərbaycan Universitetinin bakalavr pilləsini bitirib. 

"İrəli" İctimai Birliyinin sədridir.