logo

Azərbaycan İran vətəndaşları üçün bütün Novruz tədbirlərini ləğv edib

12:52 05-03-2020 | icon 2233
Azərbaycan İran vətəndaşları üçün bütün Novruz tədbirlərini ləğv edib

 Hazırda Azərbaycanla İran arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda, Azərbaycanda İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunub. 

 YeniAvropa xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyinin iki ölkə arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlamasında qeyd edilib. 

Səfirliyin mətbuat xidmətinin 5 mart 2020-ci il tarixli açıqlamasında bildirilir ki, son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb. Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməyəsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir.
Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməli və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınacaqlar. 
Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar. 
Səfirlik İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir və fürsətdən istifadə edərək, Azərbaycan xalqına can sağlığı və xoşbəxtlik arzu edir.