logo

Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq etdi

12:29 05-03-2020 | icon 2065
Konstitusiya Məhkəməsi Milli Məclisə seçkilərin nəticələrini təsdiq etdi

Martın 5-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2020-ci il fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.

 YeniAvropa xəbər verir ki, Plenumun iclasında Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair yekun qərar qəbul olunub.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Plenumun qərarını elan edib. Qərara əsasən, Konstitusiya Məhkəməsi Milli Məclisə keçirilmiş seçkilərin nəticələrini təsdiq edib.