logo

Pərviz Şahbazov “OPEC+” nazirlərinin 8-ci görüşündə iştirak edəcək

11:21 05-03-2020 | icon 2611
Pərviz Şahbazov “OPEC+” nazirlərinin 8-ci görüşündə iştirak edəcək

Bu gün Avstriyanın paytaxtı Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 178-ci iclası keçiriləcək. 

YeniAvropa xəbər verir ki, bu barədə  Energetika Nazirliyindən bildirilib. Qeyd edilib ki, iclasda “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində ötən ilin dekabrında gündəlik neft hasilatının daha da azaldılmasından ötən müddətdə qlobal bazarda baş verən dəyişikliklər, tələb-təklif tarazlığının mövcud vəziyyəti, ilin əvvəlindən “qara qızıl”ın qiymətindəki kəskin ucuzlaşma, koronavirusun enerji bazarına təsirləri və bununla bağlı atılacaq addımlar əsas müzakirə mövzusu olacaq. İclasda OPEC-ə üzv 14 ölkənin enerji və neft nazirlərinin iştirakı nəzərdə tutulur.

Sabah isə OPEC və qeyri-OPEC ölkələri (“OPEC+”) nazirlərinin 8-ci görüşü keçiriləcək. İclasda energetika naziri Pərviz Şahbazov iştirak edəcək.

İclasdan sonra nazirlərin mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, 2019-cu il dekabrın 6-da OPEC və qeyri-OPEC nazirlərinin 7-ci görüşündə “OPEC+” üzrə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 27 min barrel müəyyən edilib. Bu ilin yanvarından etibarən Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.