logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

10:59 05-03-2020 | icon 1890
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 40 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.