logo

TBMM-də Ərdoğana görə deputatlar əlbəyaxa oldular

20:58 04-03-2020 | icon 2233
TBMM-də Ərdoğana görə deputatlar əlbəyaxa oldular

Türkiyə Böyük Millət Məclisinin martın 4-də keçirilən iclasında hakim AKP və  müxalifətdə olan CHP-dən olan deputatları arasında dava düşüb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, CHP millət vəkili Engin Özkoç TBMM-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağır sözlərlə təhqir edib.

AKP-çilər isə Özkoçun çıxışına etirazlarını bildiriblər, daha sonra söz davası əlbəyaxa davaya çevrilib. Parlament üzvləri bir-birilərinə yumruq zərbələri endiriblər.