logo

Denis Şmıqal Ukraynanın yeni baş naziri oldu

19:59 04-03-2020 | icon 2352
Denis Şmıqal Ukraynanın yeni baş naziri oldu

Ukrayna Ali Radası Denis Şmıqalı baş nazir vəzifəsinə seçib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, deputatlardan 291-i onun baş nazir vəzifəsinə namizədliyinin lehinə səs verib.

Qeyd edək ki, D.Şmıqal bundan əvvəl baş nazirin müavini vəzifəsində çalışıb.

Ali Rada daha sonra hökumətin yeni tərkibini seçəcək.

Xatırladaq ki, bu gün Ukrayna Ali Radası Aleksey Qonçaruku ölkənin baş naziri vəzifəsindən azad edib.

Deputatlardan 353-ü növbədənkənar sessiyada A.Qonçarukun vəzifəsindən azad edilməsinin lehinə səs verib.

A.Qonçaruk vəzifəsindən azad edildikdən sonra hökumət üzvləri sessiyanı tərk edib.