logo

İranda qalan 276 soydaşımız  Azərbaycana gətirilib

19:20 04-03-2020 | icon 1939
İranda qalan 276 soydaşımız  Azərbaycana gətirilib

İran ərazisində qalan  276 soydaşımız müəyyən olunmuş qrafiklə, Astara sərhəd-keçid məntəqəsindən Azərbaycan ərazisinə keçib. Sərhədi keçən vətəndaşlar xüsusi ayrılmış avtobuslarla karantin zonalarına aparılıb. Vətəndaşlar müvəqqəti qalma yerləri və zəruri şəraitlə təmin edilib. 

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatında bildirilib.

Qeyd edilib ki, İran İslam Respublikası ərazisində olan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə geri qayıtması Azərbaycan Respublikasının Tehran şəhərindəki səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun qaynar xətlərinə daxil olan müraciət əsasında qeydiyyata götürülür.

Vətəndaşlarımızın qayıdışı sərhəd keçid məntəqəsində əvvəlcədən müəyyən edilmiş vaxtlarda fəaliyyət göstərən xüsusi dəhliz vasitəsilə həyata keçirilir. 

Qeyd edək ki, İran İslam Respublikasından qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karantin rejiminə yerləşdirilir. Bütün vətəndaşlardan karantin rejiminin tələblərinə riayət etmək tələb olunur.

Operativ qərargahın məlumatında daha sonra əlavə sorğular üçün vətəndaşlarımızın Azərbaycan Respublikasının Tehrandakı səfirliyi və Təbrizdəki Baş Konsulluğunda açılmış qaynar xətlərə müraciət etməsi tövsiyə edilir. Sorğular daxil olduqdan sonra vətəndaşlarımızın Azərbaycana keçidinin uçuş reysi və xüsusi ayrılmış sərhəd dəhlizi ilə həyata keçirilməsi nəzərdə tutulur.