logo

Bakı-Rostov birbaşa aviareysi açılacaq

18:13 04-03-2020 | icon 2569
Bakı-Rostov birbaşa aviareysi açılacaq

Martın 4-də keçirilən “Azərbaycanda Rostov vilayəti günləri” biznes forumu çərçivəsində tərəflər onlar üçün maraqlı məsələ – Bakı və Rostov arasında birbaşa aviareysin açılması ilə bağlı konkret addım atılmasına nail olublar. Belə ki, Rostov və Bakı arasında sərnişindaşımanın inkişafı və birbaşa aviasiya əlaqəsi yaradılması barədə “Azimut” aviaşirkəti ilə “PASHA Travel” arasında saziş imzalanıb.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib.

Onun sğzlərinə görə, ayın sonunda artıq birbaşa uçuşlar həyata keçiriləcək. 

“Martın 30-da birinci aviareys həyata keçiriləcək. Ümumilikdə, təkcə aviasiya deyil, həm də avtomobil və su nəqliyyatı ilə daşımalar istiqamətində nəqliyyat-logistika sahəsində fəaliyyət üçün xeyli imkan var”, - deyə qubernator vurğulayıb.