logo

Tbilisidə keçiriləcək beynəlxalq turizm sərgisi təxirə salındı

16:55 04-03-2020 | icon 2212
Tbilisidə keçiriləcək beynəlxalq turizm sərgisi təxirə salındı

Martın 13-14-də Tbilisidə keçirilməsi nəzərdə tutulan ənənəvi Gürcüstan Beynəlxalq Turizm Sərgisi təxirə salınıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə tədbirin təşkilatçısı “Expo Georgia” sərgi mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, bu qərar koronavirusun yayılması ilə əlaqədar artan narahatlıqlarla əlaqədar qəbul olunub.

Turizm sərgisinin bu ilin mayın 22-23-də keçiriləcəyi nəzərdə tutulub.