logo

İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksinin açılışındə iştirak edib

14:49 04-03-2020 | icon 2436
İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksinin açılışındə iştirak edib

Prezident İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Sonra prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlət başçısına məlumat veriblər.

Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.

Sonra prezident İlham Əliyev görüşdə çıxış edib.

Prezident İlham Əliyev bu gün həmçinin, Tovuzda Dövlət Rəmzləri Muzeyinin açılışında da  iştirak edib.