logo

İlham Əliyev Tovuzda bir sıra obyektlərin açılışında iştirak edib

13:18 04-03-2020 | icon 2051
İlham Əliyev Tovuzda bir sıra obyektlərin açılışında iştirak edib

Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Prezident muzeyin rəmzi açılışını bildirən lenti kəsib.

Sonra prezident İlham Əliyev muzeylə tanış olub.

Prezident İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində bu gün həmçinin, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub.

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov prezident İlham Əliyevə müəssisədə yaradılan şərait barədə məlumat verib.