logo

Bakıda Azərbaycan-Rostov vilayəti biznes forumu keçirilir

11:20 04-03-2020 | icon 2408
Bakıda Azərbaycan-Rostov vilayəti biznes forumu keçirilir

Martın 4-də Bakıda Azərbaycan-Rostov vilayəti biznes forumu keçirilir.

YeniAvropa xəbər verir ki, Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb. Bildirib ki, biznes forumun məqsədi Azərbaycan və Rostov vilayəti arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafı məsələlərinin müzakirəsidir.

Diqqətə çatdırılıb ki, ötən il Azərbaycan ilə Rostov vilayəti arasında ticarət dövriyyəsi 61 milyon dollar təşkil edib. Rostov vilayəti Azərbaycana maşınqayırma və kimya məhsulları tədarük edir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. Diqqətə çatdırıb ki, Azərbaycan ilə Rostov vilayəti arasında ticarət dövriyyəsinin artırılması üçün imkanlar genişdir.

Biznes forumda Azərbaycan və Rostov vilayətinin müxtəlif sahələri təmsil edən şirkətlərin nümayəndələri iştirak edir.