logo

İlin ikinci yarısında əməkhaqları yenidən artırılacaq

22:20 03-03-2020 | icon 2373
İlin ikinci yarısında əməkhaqları yenidən artırılacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanacaq.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Onun sözlərinə görə, minimum əməkhaqlarının artırılması ilə bağlı təkliflərin bu ilin ikinci yarısında hazır olacağı gözlənilir.

A.Kərimov qeyd edib ki, əməkhaqlarının neçə faiz artırılacağı barədə hələlik məlumat yoxdur: “Bununla bağlı araşdırmalar aparılacaq, analizlər təhlil ediləcək və bundan sonra artım faizi müəyyən ediləcək”.