logo

İtaliyada son iki gündə koronavirusdan 27 nəfər ölüb

21:17 03-03-2020 | icon 2394
İtaliyada son iki gündə koronavirusdan 27 nəfər ölüb

İtaliya Mülki Müdafiə Xidmətinin son məlumatına görə, ölkədə koronavirusdan ölənlərin sayı artıq 79 nəfərə çatıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki , bu barədə Mülki Müdafiə Xidmətinin rəhbəri Angelo Borrelli martın 3-də keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, həftənin əvvəlindən ümumi yoluxmuşların sayı 2 min 626 nəfərə, son iki gündə ölənlərin sayı isə 27 nəfərə çatıb.

Angelo Borrelli qeyd edib ki, ölənlərin 55-i Lombardiya vilayətindəndir. Onların demək olar ki, hamısı yaşlı və ya müəyyən səbəblərdən immun sistemi zəif olan insanlardır.

Xidmət rəhbəri bildirib ki, koronoviris səbəbindən Vatikan iki vacib beynəlxalq forumu təxirə salıb. Şimaldakı bir sıra ticarət və xidmət obyektləri isə bağlanıb.