logo

Prezident İlham Əliyev Goranboyda yeni avtoyolun açılışında iştirak edib

14:44 03-03-2020 | icon 2037
Prezident İlham Əliyev Goranboyda yeni avtoyolun açılışında iştirak edib

Prezident İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə prezidentə məlumat verib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.

Sonda xatirə şəkli çəkdirilib.