logo

AYİB-in birinci vitse-prezidenti Azərbaycana gəlib

12:33 03-03-2020 | icon 2765
AYİB-in birinci vitse-prezidenti Azərbaycana gəlib

Ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının(AYİB) birinci vitse-prezidenti Yurgen Riqterinkin başcılıq etdiyi nümayəndə heyəti martın 3-də Şəhidlər xiyabanını ziyarət edib.

YeniAvropa xəbər verir ki, nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyub.