logo

İlham Əliyev Bolqarıstan prezidentini təbrik edib

10:58 03-03-2020 | icon 2072
İlham Əliyev Bolqarıstan prezidentini təbrik edib

Prezident İlham Əliyev martın 3-də Bolqarıstan prezidenti Rumen Radevə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Məktubda deyilir:

"Hörmətli cənab prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və dost Bolqarıstan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. İnanıram ki, strateji tərəfdaşlıq əlaqələrimiz birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da güclənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, xalqınıza daim sülh və rifah arzulayıram".