logo

ÜST-ün İrandakı əməkdaşı da koronavirusa yoluxdu

21:59 02-03-2020 | icon 2310
ÜST-ün İrandakı əməkdaşı da koronavirusa yoluxdu

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İrandakı regional ofisinin əməkdaşı da koronavirusa yoluxub.

YeniAvropa  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Cenevredə keçirilən brifinqdə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib. Onun sözlərinə görə, təşkilatın əməkdaşının xəstəliyi orta-ağır dərəcədədir.

T.Qebreyesus İran hökumətinə koronavirusla mübarizə aparmaqda dəstək məqsədilə ölkəyə əlavə tibbi ləvazimatlar göndərildiyini də qeyd edib.