logo

UEFA koronavirusun  "Euro2020"nin finalına təsirini araşdırır

21:18 02-03-2020 | icon 2828
UEFA koronavirusun  "Euro2020"nin finalına təsirini araşdırır

Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) koronavirusla bağlı vəziyyəti diqqətlə izləyir. Bu barədə martın 2-də təşkilatın mətbuat xidmətindən bildiriblər.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bundan əvvəl “As” və “The Sun” nəşrlərinin yaydıqları məlumata görə, UEFA üzvləri Amsterdamda təşkilatın İcraiyyə Komitəsinin iclasında koronavirusun yayılmasını və onun 2020-ci il Avropa çempionatının keçirilməsinə təhlükə törədə biləcəyini müzakirə edəcəklər.

Məlumatda deyilir: “UEFA koronavirusla bağlı vəziyyəti çox ciddi izləyir. Biz koronavirus və onun yayılması ilə əlaqədar Dünya Səhiyyə Təşkilatı və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq”.

“Avro-2020 çempionatı 2020-ci il iyunun 12-də Romada başlayacaq. Hazırda turnirin cədvəlində nəyisə dəyişməyə lüzum yoxdur. Bu məsələ daim nəzarətdə olacaq”, - deyə UEFA-nın mətbuat xidmətində qeyd ediblər.