logo

UEFA Super Kubokunun finalı Kazanda keçiriləcək

19:49 02-03-2020 | icon 2828
UEFA Super Kubokunun finalı Kazanda keçiriləcək

2023-cü ildə UEFA Super Kuboku yarışlarının finalı Rusiyanın Kazan şəhərindəki “Ak Bars Bank Arena” stadionunda keçiriləcək.

YeniAvropa  TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu qərar UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

Kazandakı stadion 2013-cü ildə istifadəyə verilib. Arenanın azarkeş tutumu 45 min 379 nəfərdir. Arenada 2013-cü Yay Universiadasının, 2015-ci ildə dünya su idmanı çempionatının açılış və bağlanış mərasimləri, habelə 2017-ci ildə futbol üzrə Konfederasiyalar kuboku və 2018-ci ildə dünya kuboku oyunları keçirilib.