logo

Nizami rayonunda ağac kəsən şirkət 50 min manat cəzalandırıldı

15:55 02-03-2020 | icon 1897
Nizami rayonunda ağac kəsən şirkət 50 min manat cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Nizami rayonu, T.Abbasov küçəsi, 5 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıblar.

YeniAvropa xəbər verir ki, bunu jurnalistlərə Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Sadiq Dərafərin bildirib.

O qeyd edib ki, həmin ünvanda aparılan araşdırma zamanı 2 sərv ağacının “Təbriz Center” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti işləri aparılan zaman kəsildiyi müəyyənləşib.

Faktla bağlı akt və protokol tərtib olunub.

“Təbriz Center” MMC-nin hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami Rayon Məhkəməsinə göndərilib.