logo

Çavuşoğlu ATƏT-in Minsk qrupu həmsədrləri ilə Qarabağdan danışıb

15:10 02-03-2020 | icon 1855
Çavuşoğlu ATƏT-in Minsk qrupu həmsədrləri ilə Qarabağdan danışıb

ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şefer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Türkiyəyə səfər ediblər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,həmsədrlərlə və A.Kaspşiklə görüş zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dağlıq Qarabağ münaqişəsinə də toxunub. O, ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha səmərəli işləməyə çağırıb. Bildirib ki, bu problem Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlərinə hörmət çərçivəsində olmalıdır.