logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

12:53 02-03-2020 | icon 1974
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün törədilmiş 17 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.