logo

I sinfə qəbulun elektron qeydiyyatı martın 10-da başlayacaq

12:32 02-03-2020 | icon 3297
I sinfə qəbulun elektron qeydiyyatı martın 10-da başlayacaq

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçiriləcək.

YeniAvropa xəbər verir ki, bunu Təhsil Nazirliyində keçirilən mətbuat konfransında Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib. Onun sözlərinə görə, sistemdə elektron qeydiyyat martın 10-dan aktivləşəcək. Martın 13-də saat 11:00-dan etibarən isə məktəb seçiminə start veriləcək.

İlhamə Abdullayeva daha sonra bildirib ki, birinci siniflərin məktəb seçimi sentyabrın 15-dək davam edəcək.