logo

Qazaxıstan koronavirus görə Azərbaycana uçuşları dayandırır

12:11 02-03-2020 | icon 1876
Qazaxıstan koronavirus görə Azərbaycana uçuşları dayandırır

Qazaxıstan martın 5-dən koronavirus infeksiyasının yayıldığı ölkələrə aviareyslərin sayını azaldacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə sənaye və infrastruktur İnkişafı üzrə nazir müavini Berik Kamaliyev məlumat verib. 

Onun sözlərinə görə, martın 5-dən etibarən Nur–Sultan-Bakı aviareysi dayandırılır. Almatı–Bakı istiqamətində aviareys həftədə 5 dəfədən bir dəfəyə, Aktau–Bakı aviareysi isə 7 reysdən bir reysədək azaldılır.

Onun sözlərinə görə, yuxarıda qeyd olunan reyslərə biletləri olan sərnişinlər martın 1-dən biletlər üzrə ödənişləri alındığı yer üzrə cərimə sanksiyaları olmadan və tam həcmdə geri qaytarılmasını rəsmiləşdirə bilərlər.