logo

Bakıdan Dubaya uçan təyyarə 30 dəqiqə sonra geri qayıtdı

11:29 02-03-2020 | icon 1890
Bakıdan Dubaya uçan təyyarə 30 dəqiqə sonra geri qayıtdı

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Dubaya yerli vaxtla saat 10:12-də yola düşən “J2-011” nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib və Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.

YeniAvropa xəbər verir ki, bu barədə AZAL-dan bildirilib. Qeyd edilib ki,  texniki səbəblərə görə planlaşdırılmamış eniş qərarı alınıb.

Təyyarə Bakı vaxtı ilə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş həyata keçirib.