logo

İlhamənin bankda qalan 380 min manatı kimə qismət olub?

20:38 01-03-2018 | icon 120806
İlhamənin bankda qalan 380 min manatı kimə qismət olub?

Bu gün ARB TV-də yayımlanan “Səhər-Səhər" proqramında maraqlı məqamlar olub. YeniAvropa xəbər verir  ki, proqrama qonaq olan əməkdar artist Firuzə İbadova mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxanın hələ də ona 8 min manat borclu olduğunu bildirib. 

“Mən hamını ağ günə çatdırmışam. Mən indi öz pulumu niyə ala bilmirəm? Gələn- gedən hər kəs məni aldadır”- deyə müğənni bildirib. 

Daha sonra Əli Mirəliyev  söhbəti birr az da qızışdırıb: “Bankda 380 min pulu var idi. Hələ brillantlarını, qızıllarını, maşınlarını, bağını, öz evini demirəm. Onun özü günahkardır. Gərək vaxtında borcu ödəyərdi”.