logo

Filippində 5,7 bal gücündə zəlzələ olub

10:09 02-03-2020 | icon 2205
Filippində 5,7 bal gücündə zəlzələ olub

Filippinin şərqi hissəsində 5,7 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu məlumat yayıb.

Yerli vaxtla səhər saat 5:19 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri Leyte əyalətinin Kapukan bələdiyyəsindən 8 kilometr şimal-qərbdə, ocağı 13 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.