logo

Gürcüstanda ictimai yerlərdə kütləvi tədbirlər qadağan edildi

16:27 01-03-2020 | icon 2268
Gürcüstanda ictimai yerlərdə kütləvi tədbirlər qadağan edildi

Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ictimai yerlərdə kütləvi tədbirlərin keçirilməsi qadağan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə qərar Gürcüstanın Dövlət Qurumlararası Əlqələndirmə Şurasının martın 1-də keçirilən iclasında qəbul edilib.

Baş Nazir Giorgi Qaxariyaın sədrliyi ilə keçən iclasda bildirilib ki, ölkədə koronavirusa yoluxma ilə bağlı yeni hal aşkar olunmayıb. Lakin risk hələ də qalır. Qeyd olunub ki, hazırda 100-dən çox şəxs karantində saxlanılır və onlardan 20-si xüsusi nəzarət altındadır. Diqqətə çatdırılıb ki, ölkə ərazisində məktəb, uşaq bağçaları və ictimai nəqliyyatın dezinfeksiyası fəal şəkildə davam etdirilir.

Xat;rladaq ki, bu günədək qonşu ölkədə yeni koronavirusa üç yoluxma halı təsdiq edilib